HADİSƏ

Qəbələdə külək ağacı yola aşırıb

FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.
Sputnik
BAKI, 29 avqust - Sputnik. Qəbələ rayonunda külək ağacı yola aşırıb, avtomobillərin hərəkətinə maneə yaranıb
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb. Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.