BAKI, 29 avqust — Sputnik. Son illər Azərbaycanda heyvandarlıq ölkə iqtisadiyyatının kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynayıb və işğaldan azad edilmiş ərazilərin potensialından istifadə buna əlavə təkan verir.
Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının torpaqlarının bu prosesə cəlb edilməsi Azərbaycanda heyvandarlıq məhsulları istehsalı müəssisələri yaratmağa imkan verəcək.
Bunun üçün xarici investisiyalar da cəlb olunur. Ötən həftə məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə rəqabətqabiliyyətli, ixrac potensialına malik ət-südçülük təsərrüfatlarının yaradılması məqsədilə "Azərşəkər" MMC ilə Böyük Britaniyanın "Genus ABS Global" şirkəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.
İşğaldan azad edilmiş ərazilər yaxşı nəticələr göstərir
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycanda ət istehsalı ötən ilin analoji dövründəki 276 min tona qarşı 285 min ton təşkil edib. Eyni zamanda ölkədə 30 min tona yaxın ət istehsalı azad edilmiş ərazilərin payına düşüb. 2022-ci ilin yanvar-iyun aylarında bu rəqəm 28,4 min ton olub.
Südə gəlincə, ilk altı ayda onun istehsalı da 2022-ci ilin eyni dövründəki 1,093 milyon tona qarşı 1,122 milyon tona qədər yüksəlib. Ölkənin işğaldan azad edilmiş ərazilərində süd istehsalı 2022-ci ilin yanvar-iyun aylarındaki 191 min tondan 205 min tona qalxıb.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarının işğalına qədər bu ərazilərdə ölkə əhalisinin ət və südə olan tələbatını ödəyən məhsulların təxminən 20 faizi istehsal olunurdu. Gözlənilir ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası prosesi başa çatdıqdan və heyvandarlıq sahəsində nəzərdə tutulan istehsal gücləri işə salındıqdan sonra daxili bazarın təminatı xeyli artacaq, Qarabağdan və Şərqi Zəngəzurdan ət və süd idxal olunacaq, həmçinin ixrac da ediləcək.
Aİİ ölkələrindən idxal prioritetdir
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalının artmasına baxmayaraq, ölkə hələ də zəruri məhsulların təxminən 20 faizini xaricdən alır. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan 40,449 milyon dollar dəyərində 21 min tondan çox ət idxal edib.
Eyni zamanda, Avrasiya İqtisadi İttifaqı ölkələrindən idxal prioritet olaraq qalır. 2023-cü ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 55 min başdan çox iribuynuzlu və xırdabuynuzlu mal-qara, 81 tondan çox ət və 629 tona yaxın süd idxal edilib.
Göstərilən dövrdə Azərbaycana Belarusdan 1,4 milyon ton süd və 493 ton ət, Qazaxıstandan isə 1850 baş iribuynuzlu mal-qara tədarük edilib.
Qeyd edək ki, ilin birinci yarısında Azərbaycan Rusiya Federasiyasının heyvandarlıq sənayesinin əsas ixrac istiqamətinə çevrilib. Belə ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, Rusiyadan kənd təsərrüfatı mal-qarasının tədarükünün təxminən üçdə biri Azərbaycan bazarının payına düşüb.
Aİİ-nin istehsal göstəriciləri artır, lakin idxal hələ də aktualdır
Qeyd edək ki, Aİİ ölkələrində heyvandarlıq məhsulları istehsalının göstəriciləri hər il sabit artım nümayiş etdirir. Belə ki, cari ilin yanvar-iyun aylarının yekunlarına görə İttifaq daxilində kənd təsərrüfatı heyvanlarının istehsalı 2,6 faiz, süd istehsalı 3,5 faiz artıb.
Eyni zamanda, 2030-cu ilə qədər Aİİ-yə üzv ölkələrin aqrar-sənaye komplekslərinin inkişafı proqnozuna əsasən, İttifaqdan ət və ət məhsullarının ixracı 3,9 dəfə 1,3 milyon tonadək, mal əti də 4,2 dəfə,artacaq, quş əti 3,3 dəfə, qoyun əti 18,6 faiz artıb.
Lakin buna baxmayaraq, bir sıra Aİİ ölkələrində ortamüddətli perspektivdə bəzi heyvandarlıq məhsullarının qıtlığı gözlənilir. Yuxarıdakı sttaistikaya görə, 2030-cu ilə qədər İttifaq ölkələrinin öz istehsalı ilə bağlı təhlükəsizlik səviyyəsinin qeyri-kafi olacağı proqnozlaşdırılır. Beləliklə, Rusiya Federasiyasında mal əti istehsalı daxili tələbatın yalnız 84%-ni təmin edəcək; Qazaxıstanda quş əti - 79%, Qırğızıstanda - 11%; Rusiyada süd istehsalı - cəmi 86%.
Azərbaycanın heyvandarlıq məhsulları istehsalı sahəsində artan ixrac imkanlarını, eləcə də işğaldan azad edilmiş ərazilərin potensialından istifadəni nəzərə alaraq, ortamüddətli perspektivdə Aİİ ölkələrindən öz kəsirini ödəyə biləcək.
Aİİ-nin azad edilmiş ərazilərdə heyvandarlığın inkişafına töhfəsi
Azərbaycanla Aİİ arasında ixrac-idxal əməliyyatları genişləndirilməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı layihələri üzrə də əməkdaşlıq nHeyvandarlıqəzərdən keçirilir.
Belə ki, əvvəllər Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı layihələrində iştirak etməkdə maraqlı olduğunu bəyan edib. Belarus tərəfi xüsusilə texnologiya transferinin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirib. Bundan əlavə, Minsk tərəflər arasında kənd təsərrüfatı sektorunda birgə pilot layihələr həyata keçirməyə, sərmayə qoymağa, arıçılığı, bitkiçilik, toxumçuluq və heyvandarlıq sahəsiniinkişaf etdirməyə hazırdır.
Belarus Tikinti və Arxitektura Nazirliyinin mətbuat katibi Vadim Krivetski bildirib ki, Belarus standart Belarus layihələri üzrə Qarabağda aqroşəhərlər salmağa hazırdır.