CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirdən qeyri-yaşayış binaları ilə bağlı qərar

Bundan sonra Ünvan Reyestri İnformasiya Sistemində qeyri-yaşayış binalarının və onların tərkib hissələrinin girişlərinə ünvan təyin ediləcək.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament"də dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Ünvan Reyestri İnformasiya Sistemində qeyri-yaşayış binalarının və onların tərkib hissələrinin girişlərinə ünvan təyin ediləcək.