RUSİYA

"Apocalypse" ilə bağlı proqnozlar getdikcə yaxınlaşır - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Ukraynalı cinayətkarlar Rusiyaya məxsus hər şeyə, məsələn Krıma istənilən zərbəni endirməyə razı olduqlarını elan ediblər.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı "casus belli"dir (latınca "müharibə səbəbi") və Moskvaya NATO-da "hamıya və hər kəsə qarşı" hərəkət etmək imkanı verir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Ukraynalı cinayətkarlar Rusiyaya məxsus hər şeyə, məsələn Krıma istənilən zərbəni endirməyə razı olduqlarını elan ediblər. Əgər bu doğrudursa (və indi şübhə etmək üçün heç bir əsas yoxdur), deməli, bu, birbaşa hüquqi əhəmiyyətli sübutdur. Rusiyaya qarşı müharibədə Qərb Stepan Bandera dövlətinin tərəfində olub", - o, "Teleqram" kanalında yazıb.
Medvedevin sözlərinə görə, bu, "əsl casus belli"dir və Rusiya üçün bu, "jus ad bellum (latınca "müharibə hüququ") çərçivəsində NATO-da hamıya və hər kəsə qarşı hərəkət etmək imkanı vermək deməkdir. Təəssüf ki, "Apocalypse" ilə bağlı proqnozlar getdikcə yaxınlaşır" dedi.