Vahid bazar dövlətin öz növbəsində enerji sektorunda müxtəlif prosesləri sinxronizasiya etməsi və kommersiya şirkətləri üçün vahid qaydalar yaratmasıdır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.
Ekspert qeyd edib ki, obyektiv səbəblərdən Aİİ ölkələri ilə bütün postsovet məkanı arasında ticarət aktivləşdirilir.
"Rusiya Özbəkistanla, gələcəkdə isə Qazaxıstanla qaz alverinə başlayır. Biz iki paralel prosesi görürük: dövlət öz səviyyəsində ümumi oyun qaydaları yaradır, kommersiya şirkətləri isə ticarətlə bağlı müqavilələr bağlayır", - Yuşkov bildirib.
O, enerji təhlükəsizliyindən danışaraq onu da vurğulayıb ki, 2022-ci ilin aprelində prezident Vladimir Putin Rusiya neft-qaz kompleksindəki vəziyyətlə bağlı müşavirədə Rusiya Federasiyasının 2050-ci ilə qədər yeni enerji strategiyasının hazırlanması barədə göstəriş verib.
Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisinin, o cümlədən qaz istilik elektrik stansiyalarında istehsal olunan enerjinin ixracı üçün yeni bazarları araşdırır.
"Əsas yataqların ölkənin cənubunda yerləşdiyini və şimalın enerjiyə ehtiyacı olduğunu nəzərə alsaq, xüsusən də İranın elektrik enerjisinə ehtiyacı artdığından biz körpülər tikə bilərik. İkitərəfli və üçtərəfli infrastruktur nə qədər çox olarsa, bu region üçün bir o qədər sərfəli olar", - deyə Yuşkov fikirlərini yekunlaşdırıb.