BAKI, 29 avqust — Sputnik. Niderlandın paytaxtında Ukrayna nasizminə və Kiyevə silah verilməsinə qarşı mitinq keçirilib.
"RİA Novosti" bu barədə xəbər verib.
"Biz ukraynalıları və rusları öldürmək üçün istifadə edilən silahların tədarükünə etiraz etmək üçün buradayıq. Biz sülh istəyirik, Türkiyə ilə danışıqlar istəyirik", - deyə etirazçılardan biri bildirib.
Etirazçı, daha sonra, ABŞ və Şimali Atlantika Alyansının bu danışıqlara mane olduğunu vurğulayıb. Onun sözlərinə görə, onlar münaqişəni həm yeni dünya düzəni yaratmaq, həm də " yoxsulluq təşkil etmək" məqsədilə təşkil ediblər.
Etirazçılar əllərində "Ukraynada faşizm və nasizmi dayandırın", "Kiyevə silah tədarükünü dayandırmalıyıq" və "Biz Zelenskinin ambisiyalarını ödəmək istəmirik" yazılmış plakatlar tutublar.
Bundan əvvəl Varşavada Ukraynanın dəstəyinə qarşı mitinqin keçirildiyi bildirilib. Qeyd etmək lazımdır ki, aqressiv davranan bir qrup ukraynalı təxribatçı mitinqi pozmağa cəhd etsələr də, istəklərinə çata bilməyiblər.