CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"PAŞA Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimələnib

Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsini cərimələyib.
Bu barədə AMB məlumat yayıb..
Məlumata görə, həmin şəxs "Qiymətli kağızlar bazarı haqqında Qanun"un 33.1-ci, "İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, "Marja ticarəti Qaydası"nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.
Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.