RUSİYA

Mişustin: Aİİ çərçivəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq vacibdir

Baş nazirin sözlərinə görə, Rusiya digər ölkələrlə sənaye əməkdaşlığını inkişaf etdirməyə davam etmək niyyətindədir.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Hazırda dünyada mövcud olan çətin vəziyyətlə əlaqədar Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması zərurilidir.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
Rusiya Baş naziri bildirib ki, Aİİ-yə üzv ölkələrin xalqlarının rifahı naminə bütün sahələrdə perspektivli birgə layihələr həyata keçirilməlidir.
Baş nazirin sözlərinə görə, Rusiya digər ölkələrlə sənaye əməkdaşlığını inkişaf etdirməyə davam etmək niyyətindədir. Xüsusilə, sentyabrda Rusiya nümayəndə heyəti Astanada keçiriləcək "İnnoprom" sənaye sərgisində iştirak etməyi planlaşdırır.
O, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinin ittafaqın qlobal istehsal zəncirlərinə daxil olmasına töhfə verəcəyini vurğulayıb.
Mişustin daha əvvəl bildirmişdi ki, Rusiya Ermənistana birgə investisiya layihələri üzərində işi sürətləndirməyi, həmçinin ticarətdə milli valyutalardan istifadəni genişləndirməyi təklif edir.
O, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrini mal və resurslarla təminat üçün ümumi məkan yaratmağa çağırıb.