RUSİYA

Putin Modi ilə Hindistanda keçiriləcək G-20 sammitini müzakirə edib

Telefon danışığı zamanı enerji sektorunda əməkdaşlığı və nəqliyyat infrastrukturunun tikintisi məsələləri də müzakirə edilib.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
Bu barədə məlumat Kremlin rəsmi saytında dərc edilib.
Tərəflər Rusiya-Hindistan münasibətlərini müzakirə edib və kosmik tədqiqatlar sektorunda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəlib.
Rusiya və Hindistan liderləri BRİKS sammitinin (red. – 22-24 avqust tarixində CAR-ən paytaxtı Yohannesburqda keçirilib) nəticələrini müzakirə ediblər və təşkilatın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı enerji sektorunda əməkdaşlığı və nəqliyyat infrastrukturunun tikintisi məsələləri də müzakirə edilib.
Putin və Modi həmçinin 9-10 sentyabrda Hindistanda keçiriləcək G-20 Liderlər Zirvə sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.
13.02.23, 15:47
Hindistan və Rusiya əlaqələrinin möhkəmliyini dünyaya sübut etməyə ehtiyac yoxdur
Rusiya və Hindistan liderləri Vladimir Putin və Narendra Modinin iki ölkə arasındakı əlaqələrin möhkəmliyini dünyaya süni şəkildə nümayiş etdirməsinə ehtiyac yoxdur.
Bunu "RİA Novosti"yə xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O qeyd edib ki, ölkə liderləri müntəzəm olaraq ikitərəfli və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə edirlər.
"Üstəlik, nəzərə alaq ki, Rusiya-Hindistan münasibətləri tarixi və mədəni köklərə, qarşılıqlı hörmətə və bir-birinin təhlükəsizlik maraqlarının nəzərə alınmasına əsaslanır", - deyə Rudenko əlavə edib.
Bundan əvvəl ölkənin Rusiya Federasiyasındakı səfiri Pavan Kapura bildirib ki, Hindistan 2023-cü ildə Moskva ilə yüksək səviyyədə qarşılıqlı əlaqə saxlamaq niyyətindədir.
O xatırladıb ki, Rusiya və Hindistan liderləri bir-biri ilə müntəzəm olaraq əlaqə saxlayır və telefon danışıqları aparırlar. Narendra Modi və Vladimir Putin, həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Səmərqənddə də görüşüblər.