HƏRBİ

Ermənistan ordusunun hərbçiləri naməlum şəraitdə ölüb

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.
Sputnik
BAKI, 28 avqust — Sputnik. Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, bu, Ermənistan ordusunda avqust ayında sayca 6-cı hərbçi ölümüdür.