BAKI, 28 avqust — Sputnik. İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisi subasmaya məruz qalıb.
Gecə yağan yağışdan xeyli sahibkar ziyan çəkib.
Belə ki, bazardakı xalçalar yağış sularından islanıb. Satıcılar onları yerə sərərək qurutmaq məcburiyyətində qalıblar. Lakin xalçaların xeyli hissəsi öz rəngini və görünüşünü itirib. Bəziləri isə kirlənib. İndi sahibkarları yağış və subasma nəticəsində görünüşünü və dəyəini itirən xalmqları müştərilərə necə satacağı qayğısı bürüyüb.
28.08.23, 10:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" və "Sədərək" ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Nazirliyin məlumatına görə, bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.