HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib

R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
Sputnik
BAKI, 28 avqust - Sputnik. 1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.