RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

İtaliyanın keçmiş baş naziri NATO strategiyasının uğursuzluğunu etiraf edib

Konte xatırladıb ki, anti-Rusiya sanksiyaları Rusiyanın iflasına gətirib çıxarmayıb və iqtisadiyyatını iflic vəziyyətinə salmayıb.
Sputnik
BAKI, 27 avqust - Sputnik. İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte NATO-nun Ukrayna ilə bağlı strategiyasının uğursuzluğunu etiraf edib. Bu barədə o, Facebook*-da yazıb.

“Ukraynaya daimi hərbi təchizat və eskalasiya məntiqinə əsaslanan NATO strategiyası Rusiyanın hərbi məğlubiyyətinə səbəb olmayıb”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun məğlubiyyəti baş verməyib. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı Rusiya geri çəkilməyib.
Konte xatırladıb ki, anti-Rusiya sanksiyaları Rusiyanın iflasına gətirib çıxarmayıb və iqtisadiyyatını iflic vəziyyətinə salmayıb. Sabiq baş nazir bildirib ki, Qərb də Rusiyanı təcrid edə bilməyib, bunu BRİKS qrupunun yenicə yekunlaşan sammiti sübut edir.
*Rusiyada qadağan olunub; ekstremist kimi tanınan və Rusiya Federasiyasında qadağan olunmuş Meta şirkətinə məxsusdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.