DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulu meşə yanğınları bürüyüb - VİDEO

Son iki ayda Türkiyənin cənub və qərb bölgələri də daxil olmaqla bir çox ərazilərdə isti hava şəraiti qeydə alınıb.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Türkiyənin İstanbul şəhərinin cənub-şərqindəki Maltəpə bölgəsində meşə yanğını başlayıb.
“TRT Haber” telekanalının məlumatına görə, bölgəyə yanğınsöndürənlər göndərilib.
Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Yanğınını nədən baş verdiyinə dair təfərrüatlar da mövcud deyil.
Son iki ayda Türkiyənin cənub və qərb bölgələri də daxil olmaqla bir çox ərazilərdə isti hava şəraiti qeydə alınıb. Bu səbəbdən bir çox rayonlarda meşə yanğınları müşahidə olunub.