RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya hərbçiləri Kupyansk istiqamətində iki dayaq məntəqəsini ələ keçirdi

RF qırıcıları Ukrayna Silahlı Qüvvələrinin dörd hücumunu uğurla dəf ediblər.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) hücum bölmələri Kupyansk istiqamətində hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki dayaq məntəqəsini ələ keçirib. Bu barədə “Zvezda” telekanalına “Zapad” qrupunun mətbuat mərkəzinin əməkdaşı Yaroslav Yakimkin məlumat verib.
Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, düşmənin itkiləri 30 nəfərə yaxın olub.
Həmçinin, Rusiya qırıcıları Ukrayna Silahlı Qüvvələrinin dörd hücumunu uğurla dəf ediblər. Hər bir hücum zirehli texnikanın dəstəyi ilə həyata keçirilib.
Gün ərzində Ukrayna qoşunlarının bu istiqamətdə ümumi itkiləri üç taqım, iki tank, iki "Kazak" zirehli maşını və minaatan ekipajı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.