BAKI, 27 avqust - Sputnik. Qazaxıstanda “ArcelorMittal Temirtau” şirkətinin şaxtalarında son 10 gündə ikinci yanğın baş verib. Bu barədə TASS şirkətin yaydığı məlumata istinadla xəbər verir.
Avqustun 27-nə keçən gecə “Saranskaya” mədəninin şaxtaçıları təxliyə edilib.
"Saranskaya şaxtasında 26 avqust saat 01:55-də (Bakı vaxtı ilə 23:55) yanğın baş verib, qəzanın aradan qaldırılması planı işə salınıb. Yanğın peşəkar hərbiləşdirilmiş təcili xilasetmə xidməti qüvvələri tərəfindən söndürülüb. Bütün işçilər şaxtadan çıxarılıb. İtki yoxdur, yanğının səbəbləri və şəraiti öyrənilir”, - məlumatda deyilir.
Avqustun 17-də həmin şirkətin “Kazaxstanskaya” mədənində baş vermiş yanğın nəticəsində 5 nəfər həlak olub. Hadisə zamanı 227 nəfər şaxtada olub. Xilasedicilər 222 nəfəri şaxtadan çıxarıblar.
Qazaxıstan hökumətinin başçısı Əlixan Smailov “Kazaxstanskaya” mədənində baş vermiş fövqəladə hadisədən sonra deyib ki, “Arcelor Mittal Temirtau” şirkətinin Qazaxıstan şaxtalarında insan tələfatı ilə nəticələnən insidentlərə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq
"İndi məsələ bu şirkətin sahibinin aqibətinin necə olacağıdır”, deyə hökumət başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.