RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kursk səmasında vurulmuş PUA yaşayış binasını zədələyib, xəsarət alan olmayıb - Qubernator

Avqustun 27-də Ukrayna ordusu Rusiya Federasiyası ərazisində növbəti terror aktlarına cəhd edib.
Sputnik
BAKI, 27 avqust - Sputnik. Kurskda dron yaşayış binasına çırpılıb, bəzi mərtəbələrin şüşələri sınıb, Kursk Dövlət Aqrar Universitetinin binasının şüşələri də zədələnib. Bu barədə vilayətin qubernatoru Roman Starovoyt bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukrayna gecə və səhər Rusiya ərazisinə təyyarə tipli PUA ilə hücum etməyə cəhd edib, hava hücumundan müdafiə sistemi Bryansk və Kursk vilayətləri üzərində iki pilotsuz uçan aparatı aşkar edərək vurub.
“İlkin məlumata görə, gecə saatlarında Kurskda pilotsuz təyyarə Karl Marks küçəsindəki yaşayış binasına çırpılıb. Bəzi mərtəbələrdə şüşələr qırılıb. Həmçinin Karl Marks küçəsində yerləşən Kursk Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsinin binasının bir neçə pəncərəsi partlayış dalğasından zədələnib", - deyə Starovoyt teleqram kanalında yazıb.
Rayon rəhbərinin sözlərinə görə, yanğın baş verməyib, sakinlərdən heç kim xəsarət almayıb. Hadisə yerində bütün əməliyyat xidmətləri çalışıb, dəymiş ziyan hesablanır.
***
Gecə və səhər saatlarında Ukrayna Rusiya ərazisinə təyyarə tipli PUA ilə hücum etməyə cəhd göstərib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hava hücumundan müdafiə sistemi Bryansk və Kursk vilayətləri üzərində iki pilotsuz təyyarə aşkar edərək vurub.

“Avqustun 27-də gecə və səhər Kiyev rejimi təyyarə tipli PUA-lardan istifadə etməklə Rusiya Federasiyası ərazisində növbəti terror aktlarına cəhd edib. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk və Kursk vilayətləri üzərində uçuş zamanı iki pilotsuz uçuş aparatını aşkar edərək məhv edib", - deyə nazirliyin məlumatında bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.