BAKI, 27 avqust - Sputnik. Bakı otellərinin populyarlığı Rusiyada iki dəfə artıb.
Bu barədə Rusiyanın “OneTwoTrip” səyahət planlaşdırma xidməti məlumat yayıb.
Xidmətin ekspertlər 2023-cü ilin iyun-avqust ayları arasında otel sifarişlərini təhlil edərək, 2022-ci ilin eyni dövrü ilə müqayisə ediblər.
Qeyd edilir ki, ölkə turistləri arasında Bakı, Pattaya (Tailand), Porto (Portuqaliya), Rimini (İtaliya) otellərinin populyarlığı iki dəfə artıb. Eləcə də Bişkekə, Madridə və Ankaraya sifarişlər bir yarım dəfə və ya daha çox artıb.
Ölkə xaricinə səfərlərə gəlincə, rusiyalı turistlərin marağında ən nəzərəçarpacaq artım Seulun payına düşür. Cənubi Koreyanın paytaxtında otellər bir il əvvəllə müqayisədə 4,5 dəfə çox bron edilib. Siyahıda ondan sonra Banqkok (burada şəhərdə otel sifarişlərinin payı 3 dəfə artıb) və Mexiko (2,5 dəfə) gəlir.