RUSİYA

“Rusiya-Azərbaycan tarla günü - 2023” keçirilib - FOTO

Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.
Sputnik
BAKI, 26 avqust - Sputnik. Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub.
Nazirlikdən bildiriblər ki, Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb.
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə “Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festival çərçivəsində həmçinin kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü - 2023” keçirilib.
Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.
“Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.
Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.
Qeyd edək ki, Ağstafa rayonunda təşkil edilən festival Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sayca 20-ci tədbirdir.
Növbəti festival 31 avqust tarixində Qusar rayonunda keçiriləcək.