İNFOQRAFİKA

Azərbaycanın birinci xanımı ad gününü qeyd edir

Azərbaycan xalqının görkəmli övladı Mehriban Əliyevanın bütün xidmətlərini qeyd etmək üçün daha bir səbəb.
Sputnik
Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyeva avqustun 26-da ad gününü qeyd edir.
Bakıda anadan olan Mehriban xanım 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
Bütün həyatı boyu Mehriban Əliyeva Vətəninin mənafeyi uğrunda çalışıb. İldən-ilə M.Əliyeva qarşısına respublikanın daha da inkişaf etməsi naminə məqsədlər qoyub.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
İki il sonra Mehriban Əliyeva paralel olaraq Azərbaycan xalqının ümumilli liderinin zəngin siyasi irsinin öyrənilməsi və onun milli dövlətçilik ideyalarının təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edib.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Elə həmin il Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.
Onun ölkənin siyasi həyatında rolunun əhəmiyyəti şübhəsizdir. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiya sədrinin müavinidir. Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin üzvü seçilib. 2017-ci ilin fevralında Azərbaycan Respublikasının birinci vise-prezidenti seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.