AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda restoranların dövriyyəsi 1,1 milyard manatı keçib

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Sputnik
BAKI, 26 avqust - Sputnik. Bu ilin yanvar-iyul aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,4 faiz artaraq 1 128,6 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Qeyd edək ki, hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,8 faiz artaraq 564,4 milyon manat olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37 faiz artaraq 1 586 milyon manat olub.