RUSİYA

Türkiyə XİN rəhbərinin Rusiyaya səfəri üzrə hazırlıq işlər görülür - Ryabkov

Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfərinə hazırlıq işi gedir. Bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çox fəaldır. Mən başa düşürəm ki, biz türkiyəli həmkarlarımızla təmasları davam etdirəcəyik, o cümlədən Türkiyə xarici işlər nazirinin Rusiya Federasiyasına səfəri ilə bağlı işlər davam edir. Amma bizim taxıl sazişi ilə bağlı mövqeyimiz dəyişmir. Biz bunu mütləq türkiyəli qonşularımıza, dostlarımıza və həmkarlarımıza da bildirəcəyik", - deyə Ryabkov bildirib.

Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.