BAKI, 25 avqust — Sputnik. Vladimir Putin bu ilin sentyabrında Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırmır.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Xeyr, prezidentin belə bir planı yoxdur", – deyə Peskov bildirib.
Kreml nümayəndəsi bu sözləri ilə Rusiya prezidentinin sammitdə birbaşa iştirakı məsələsini nəzərdə tutduğunu izah edib. Peskov Putinin BRİKS sammitində uzaqdan iştirakını xatırladıb və əlavə edib ki, Rusiya Federasiyası rəhbərinin sıx iş qrafiki var.
Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin əsas diqqətini Ukraynadakı xüsusi əməliyyata yönəldib.
Bundan əvvəl Dmitri Peskov bəyan etmişdi ki, hazırda Moskva ilə Kiyev arasında sülh razılaşması üçün heç bir əsas yoxdur.