DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko Priqojinə təhlükəsizlik təminatı vermədiyini açıqlayıb

Öz növbəsində Lukaşenko qeyd edib ki, “Vaqner”in Belarusda yerləşdirilməsi ideyası onun təşəbbüsü olub və buna görə peşman deyil.
Sputnik
BAKI, 25 avqust - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı vermədiyini bəyan edib.
“Belta”nın yazdığına görə, Prezident Rusiyada 24 iyun hadisələrindən sonra Yevgeni Priqojinin təhlükəsizliyinə təminat vermədiyini xatırladıb. Onun sözlərinə görə, “Vaqner” qrupunun rəhbəri onunla təhlükəsizlik təminatı məsələsini müzakirə etməyib.
A.Lukaşenko, həmçinin deyib ki, o, Priqojini iki dəfə mümkün mənfi nəticələrlə bağlı xəbərdar edib, lakin Priqojin risk etmək istədiyini deyib. Prezident onu da bildirib ki, qiyam zamanı Priqojinlə telefonla danışıb, onun və tərəfdarlarının ölüm riski barədə xəbərdarlıq edib.
“Onlar cəhənnəmə, mən öləcəyəm!" deyə Lukaşenko Priqojinin sözlərini sitat kimi göstərib. "Mən ona deyirəm: "Jenya, mən sənə bir kəndir və sabun göndərəcəm. O isə xeyr, yox. Mən bunu istəmirəm. Qəhrəman kimi öləcəyəm” dedi. İkinci dəfə bu mövzu o, Dima Utkin ilə yanıma gələndə oldu. Mən onların hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim - "Uşaqlar, baxın", - deyə A.Lukaşenko vurğulayıb.
Belarus Prezidenti onu da bildirib ki, “Vaqner” Belarus ərazisində qalacaq:
“Özək burada qalır - kimlərsə tətilə getdi, kənarda yaşamaq qərarına gələnlər oldu. Nə qədər ki, bu birliyə ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər”.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin “Vaqner”ə ya Rusiya Müdafiə Nazirliyinin nəzdində xidmət etməyi, ya da Belarusa getməyi, ya da sadəcə olaraq ailə və dostlarının yanına qayıtmağı təklif edib (Report).
Öz növbəsində Lukaşenko qeyd edib ki, “Vaqner”in Belarusda yerləşdirilməsi ideyası onun təşəbbüsü olub və buna görə peşman deyil.