BAKI, 25 avqust — Sputnik. Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Ölən şəxslərin Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik, xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.