Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Kaspşik durbinlə Laçın yolunu seyr edib

Avqustun 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə edib.
Sputnik
BAKI, 25 avqust — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Kornidzor kəndinin sərhəd bölgəsinə səfər edib. Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Kaspşik bir aya yaxındır ki, Qarabağ üçün "humanitar" yük daşıyan maşınların dayandığı Laçın dəhlizinin girişinin qarşısındakı əraziyə baş çəkib.
Avqustun 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kaspşiklə Laçın yolundakı vəziyyəti müzakirə edib.
Azərbaycan KİV-lərinin yaydığı xəbərə görə, Kaspşikin bu cür mandatda ölkəmizə səfəri yersiz hesab edilərək, onun Bakıda qəbul olunmasından imtina edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib:

“Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”.

Dövlət başçısı Minsk qrupu həmsədrlərinin artıq pensiya vaxtı olduğunu qeyd edib.

“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.