DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bugünkü qlobal strukturlar keçmişin reallıqlarını əks etdirir - Quterreş

BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçirilir, orada Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edir.
Sputnik
BAKI, 25 avqust — Sputnik. BMT Təhlükəsizlik Şurasında və Bretton Woods sisteminin institutlarında islahat aparmaq lazımdır ki, onlar İkinci Dünya Müharibəsindən sonrakı reallıqları deyil, müasir iqtisadiyyatın reallıqlarını əks etdirsinlər. Bunu BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitində deyib.
"Bugünkü qlobal strukturlar keçmişin reallıqlarını əks etdirir. Xüsusilə, bu BMT Təhlükəsizlik Şurasına və Bretton Woods sisteminin təsisatlarına (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BBRD) və Beynəlxalq Valyuta Fondu (BVF) - red.) aiddir. Onlar İkinci Dünya Müharibəsindən sonrakı reallıqları deyil, müasir iqtisadiyyatın reallıqlarını əks etdirməlidirlər", - Quterreş bildirib.
BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçirilir, orada Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edir, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edir.