CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ilin 7 ayında ölkədə 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir.
Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.