BAKI, 24 avqust - Sputnik. Azərbaycanı Silk Way Airlines aviaşirkətinin Ил-76 nəqliyyat təyyarəsi bu gün Leypsiqdə havaya qalxdıqdan az sonra hidravlika sisteminin pozuntusu ilə qarşılaşıb və geri hava limanına dönməli olub. Bu barədə Bild məlumat verir.
AZQ4117 reysi Leypsiq - Qao (Mali) marşrutu üzrə həyata keçiiləcəkmiş.
"Təyyarənin hidravlika ilə bağlı problemləri üzə çıxıb və o Leypsiqə qayımalı olub. Eniş edə bilmək üçün pilotlar kerosin yandırmalı olublar", - deyə Almaniyanın hava nəqliyyatının idarəolunması idarəsinin nümayəndəsi Robert Ertler bildirib.
Yanacağı yandırmaq üçün Ил-76 pilotları Erfurt şəhərinin üzərində 11 dövrə ediblər. Bunun üçün 3 saat vaxt sərf olunub.