BAKI, 24 avqust — Sputnik. “Rossotrudniçestvo”nun Ermənistandakı filialının keçmiş rəhbəri Viktor Krivopuskov Ermənistana girişi arzuolunmaz şəxslər siyahısına əlavə edilib. Bu barədə Rusiya erməniləri İttifaqı məlumat yayıb.
O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.
Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və Sputnik-in baş redaktoru Marqarita Simonyan, eləcə də media meneceri Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.