RUSİYA

Rusiya ən çox ehtiyacı olan ölkələri dəstəkləməyə davam edəcək - Putin

Rusiya lideri həmçinin bildirib ki, Rusiya maneələrə və sanksiya məhdudiyyətlərinə baxmayaraq Afrikaya pulsuz taxıl tədarükü təşkil edir.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Rusiya dünyada aclıqla mübarizə aparmaq və ərzaq böhranının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir. Bunu Rusiya prezidenti Vladimir Putin BRİCS plus/outreach formatında keçirilən görüşdə videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

"Ölkəmiz Afrika dövlətlərinin və ümumilikdə dünya bazarlarının ərzaq və gübrə ilə təminatı məsələlərinə xüsusi diqqət yetirir. Başqa sözlə, biz bütün imkanlardan istifadə edərək, aclıqla mübarizə və ərzaq böhranının qarşısını almaq üçün qlobal səylərə töhfə veririk". - Rusiya lideri deyib.

Putin həmçinin bildirib ki, Rusiya maneələrə və sanksiya məhdudiyyətlərinə baxmayaraq Afrikaya pulsuz taxıl tədarükü təşkil edir.
"İkinci ildir ki, rekord taxıl məhsulu yığırıq, dediyim kimi, yaxın aylarda Afrikanın 6 ölkəsinə prioritet humanitar yardım kimi 25-50 min ton taxıl ayırıb, onu pulsuz çatdıracağıq", - deyən Putin Sankt-Peterburq sammitində Rusiya-Afrika sazişlərini xatırladıb.

"İndi dostlarımızla danışıqlar başa çatmaq üzrədir. Yeri gəlmişkən, biz bütün bunları,üzərimizə qoyulan maneələrə, ixracımıza tətbiq edilən qanunsuz sanksiyalara baxmayaraq, ciddi şəkildə həyata keçiririk", - Rusiya Federasiyasının Prezidenti bildirib.

Putin vurğulayıb ki, afrikalı dostları əmin ola bilərlər ki, Rusiya həmişə kənd təsərrüfatı məhsullarının etibarlı tədarükçüsü olaraq qalacaq və ən çox ehtiyacı olan ölkələri dəstəkləməyə davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.