AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qrossi Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib

Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında "Ümid Şüaları" kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.
Bu barədə R.Qrossi "X"də paylaşım edib.
Bildirilib ki, tərəflər arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub:

"AEBA ilə əməkdaşlıq və nüvə elmi ilə Azərbaycan pambıq istehsalını nəzərəçarpacaq dərəcədə üç dəfə artırıb. Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında "Ümid Şüaları" kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik".

R.Qrossi dəstəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.