BAKI, 24 avqust — Sputnik. Qazaxıstan üzv dövlət kimi BRİKS-in potensialının inkişafına töhfə vermək istəyir. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Yohannesburqda keçirilən sammit nəticəsində BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmən dəvət edilib, yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq. Cənubi Afrika Prezidenti Kiril Ramaposa vurğulayıb ki, bu, genişlənmənin birinci mərhələsidir və onu başqaları da təqib edəcək.
"Cənubi Afrikanın sədrliyi ilə "BRİKS və Afrika" şüarı altında Qazaxıstan BRİKS ölkələri və Afrika İttifaqı ilə çoxşaxəli əməkdaşlığı gücləndirməyə çalışır. Qazaxıstan iştirakçı dövlət kimi BRİKS-in potensialının inkişafına töhfə vermək istəyir", - deyə o bildirib.
Tokayev bunu BRİKS-in XV Sammiti çərçivəsində keçirilən "BRİKS Plus" formatında dövlət başçılarının dialoqu iclasında çıxışı zamanı deyib.
Qazaxıstan Prezidenti qəti əmin olduğunu bildirib ki, BRİKS qlobal təhlükəsizliyin, davamlı inkişafın və inklüzivliyin təmin edilməsinə yönəlmiş kollektiv səyləri artırmalıdır".
BRİKSsammiti avqustun 22-24-də Yohannesburqda keçirilir, orada Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edir, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.