BAKI, 24 avqust - Sputnik. Ermənistan hərbçiləri növbəti dəfə silahlı təxribata əl atıblar.
Müdafiə nazirliyindən verilən məlumata görə, avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.