DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı yeni təkliflərini verib - Paşinyan

Ötən il İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı yeni təkliflər təqdim edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflərimizi Azərbaycan tərəfinə verdik", - Paşinyan hökumətin iclasında deyib.

Ötən il İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Bu il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
Azərbaycan lideri İlham Əliyev bəyan edib ki, İrəvan öz mövqeyini dəyişməsə, Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.