BAKI, 24 avqust — Sputnik. Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ BRİKS-in yeni üzvləri olacaq. Bu barədə "RİA Novosti" Braziliyanın UOL xəbər portalına istinadən məlumat yayıb.
QEyd edilib ki, yeni iştirakçı ölkələr coğrafi olaraq bölüşdürülüb.
"BRİKS təşkilatın daha beş ölkə ilə genişləndirilməsini elan edəcək. Ölkələrin yekun siyahısına aşağıdakılar daxildir: Səudiyyə Ərəbistanı, Argentina, İran, Birləşmiş Ərəb Əmirlikləri və Misir", – KİV yazır.
Məlumata görə, coğrafi tarazlığı qorumaq üçün siyahıya daha bir Afrika ölkəsi daxil edilə bilər.
Bundan əvvəl Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor BRİKS-in genişlənmə məsələsində razılığa gəlindiyini, onun prinsiplərini əks etdirən sənəd qəbul edildini bildirib.
Çinin Renmin Universitetinin Çinyan Maliyyə İnstitutunun baş elmi işçisi Çjou Jun daha əvvəl RİA Novosti-yə bildirib ki, Yohannesburq sammitindən sonra BRİKS-in genişlənməsi qaçılmaz olacaq və təşkilat çərçivəsində daha çox əməkdaşlıq sahələri olacaq.
BRİKS sammiti avqustun Yohannesburqda keçirilir, orada Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edir.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin artıq 23 dövlət, o cümlədən Argentina, İran, Əlcəzair, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir iqtisadi bloka qoşulmaq arzusunu ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.