DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS-in adı dəyişdirləcək? - Lavrov açıqladı

Yohannesburqda keçirilən sammit nəticəsində BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmən dəvət edilib, yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
Sputnik
BAKI, 24 avqust — Sputnik. BRİKS üzvləri Genişlənmə kontekstində qrupun adının dəyişdirilməməsinin tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrikada sammitin yekunlarına dair mətbuat konfransında deyib.
"Hamı adın saxlanmasının tərəfdarıdır, bu, artıq brendə çevrilib. BRİKS sıralarına yeni gələnlərin heç biri bunun əksini təklif etməyib. Mənə elə gəlir ki, hamı başa düşür ki, hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır", - Lavrov bildirib.
Yohannesburqda keçirilən sammit nəticəsində BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya BRİKS-ə rəsmən dəvət edilib, yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçirilir, orada Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edir, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edir.
BRİKS hazırda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin bu yaxınlarda artıq 23 dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib.