RUSİYA

BRİKS dünya ölkələrinə çağırış edib - Yekun Bəyannamə

Sənəddə liderlər dünyanın bir çox yerlərində davam edən münaqişələrdən narahat olduqlarını bildirirlər və fikir ayrılıqlarının dialoq və inklüziv məsləhətləşmələr vasitəsilə sülh yolu ilə həllinə çağırırlar.
Sputnik
BAKI, 24 avqust — Sputnik. BRİKS ölkələri dünya miqyasında fikir ayrılıqlarının sülh yolu ilə həllinə və ticarət sahəsində məhdudlaşdırıcı tədbirlərdən qaçmağa çağırır. Bu barədə təşkilatın Cənubi Afrikada keçirilən sammitinin yekun bəyannaməsində deyilir.

"BRİKS üzvləri Ümümdünya Ticarət Təşkilatının qaydalarına zidd olan məhdudlaşdırıcı ticarət tədbirlərindən, o cümlədən kənd təsərrüfatı ticarətinə təsir edən sanksiyalar kimi birtərəfli qeyri-qanuni tədbirlərdən narahatdırlar", - bəyanatda deyilir.

Təşkilatın iştirakçı ölkələri ədalətli və bazar yönümlü kənd təsərrüfatı ticarəti sisteminə doğru irəliləyişə çağırır.
Bəyannamədə liderlər dünyanın bir çox yerlərində davam edən münaqişələrdən narahat olduqlarını bildirirlər və fikir ayrılıqlarının dialoq və inklüziv məsləhətləşmələr vasitəsilə sülh yolu ilə həllinə çağırırlar.
Onlar Ukraynadakı münaqişənin dialoq və diplomatiya yolu vasitəsilə sülh yolu ilə həllinə yönəlmiş bütün vasitəçilik təkliflərini, xüsusən də Afrika liderlərinin missiyasının təkliflərini məmnunluqla qeyd edirlər.
Həmçinin, BRİKS ölkələri istənilən beynəlxalq məsələlərin həllində beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanmayan məcburi tədbirlər tətbiq etməkdən çəkinməyə çağırır.
Bəyannamədə kosmos sahəsində əməkdaşlığın vacibliyindən də danışılır. Belə ki, liderlər BRİKS ölkələrinin milli kosmik agentliklərini peyk məlumatlarının mübadiləsi və istifadəsi sahəsində əməkdaşlığı gücləndirməyə çağırırlar.
BRİKS ölkələri də İranın nüvə probleminin diplomatiya yolu ilə və beynəlxalq hüquqa uyğun həllinin vacibliyini bəyan ediblər. Onlar İranın Nüvə Proqramı üzrə Sazişin (JCPOA) qorunmasının vacibliyini qeyd ediblər.
Bundan əlavə, BRİKS liderləri gələcəkdə qlobal pandemiyanın qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün birgə səyləri gücləndirməyə söz veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.