SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belçikanın xarici işlər naziri Azərbaycana gəlib

Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Belçikanın xarici işlər naziri Hadca Labib Bakıya gəlib. O, regional səfəri çərçivəsində Gürcüstan və Ermənistanın ardınca bu gün Bakıya səfər edib.
Nazirin bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə brifinqi gözlənilir.
APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub.
Ermənistanda qondarma "erməni soyqırımı" abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.