HADİSƏ

Zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyib?

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Bu gün saat 01:23 radələrində Masallı və Cəlilabad rayonlarının sərhədində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirib.
Bu barədə ADY məlumat yayıb.
Məlumata görə, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.
Xatırladaq ki, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.