BAKI, 23 avqust — Sputnik. Ukrayna silahlı qüvvələri Belqorodun Lavı kəndindəki sanatoriyanı atəşə tutub. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Onun sözlərinə görə, atəş nəticəsində üç nəfər ölüb.
"Valuyski rayonunun Lavı kəndində sanatoriyanın ərazisinin dəfələrlə atəşə tutulması nəticəsində 3 mülki şəxs həlak olub. İnsanlar küçədə olarkən Ukrayna Silahlı Qüvvələri PUA-dan partlayıcı qurğular atıb. İki nəfər həlak olub. Həkimlər bir yaralının həyatı üçün sona qədər mübarizə aparıblar, lakin oni xilas etmək mümkün olmayıb", - Qladkov "Telegram" kanalında yazıb.
Qubernator daha əvvəl bildirib ki, Ukrayna hərbçiləri Valuyski rayonunun Lavı kəndindəki sanatoriyanın ərazisinə pilotsuz təyyarədən iki qumbara atıblar.
Qladkov həlak olanların ailələrinə başsağlığı verib.
Lavı kəndi Valuyki şəhərindən təxminən 7 kilometr, Ukrayna sərhədindən isə təxminən 22 kilometr aralıda yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.