DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Ukrayna ilə bağlı vasitəçilik səylərini davam etdirmək niyyətindədir - Ərdoğan

Ərdoğanın sözlərinə görə, Ankara axan qanın dayandırılması və rabitə kanallarının açıq qalması üçün böyük səylər göstərir.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Türkiyə Ukraynada sülhün bərqərar olması üçün vasitəçilik səylərini yorulmadan davam etdirmək niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz sülhün bərqərar olması üçün vasitəçilik səylərimizi yorulmadan davam etdirmək niyyətindəyik", - deyə Ərdoğan videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ankara axan qanın dayandırılması və rabitə kanallarının açıq qalması üçün böyük səylər göstərir.
"Müharibənin başa çatması, Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpası təkcə region üçün deyil, bütün dünya üçün təmiz nəfəs olacaq", - Türkiyə lideri vurğulayıb.