BAKI, 23 avqust — Sputnik. Bəziləri rəqəmsal pulları kriptovalyuta ilə qarışdırırlar, baxmayaraq ki, bunlar tamamilə fərqli şeylərdir. Əslində, rəqəmsal rubl Rusiya əleyhinə sanksiyalardan yan keçməyə imkan verən qanuni ödəniş vasitəsidir. Bunu "Sputnik Azərbaycan"a müsahibəsində maliyyə analitiki, iqtisad elmləri namizədi Aleksandr Razuvayev deyib.
"Qazaxıstan da ilin sonuna kimi rəqəmsal tenge tətbiq etmək niyyətindədir. Aİİ və MDB daxilində milli valyutalarda hesablama ideyası getdikcə populyarlaşır. Çox ümid edirəm ki, Avrasiyada vahid Avrasiya valyutası mövcud olacaq", - deyə Razuvayev bildirib.
Ekspert Rusiya ilə Hindistan arasında ticarət əlaqələrini daha da gücləndirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasının vacibliyini də vurğulayıb.
"Hazırda Hindistan banklarında neft ixracından əldə edilən 39 milyard dollara yaxın Rusiya rublu var. İki ölkə arasında əlaqələr təkcə BRİKS çərçivəsində deyil, həm də birbaşa olaraq çox yaxşı intensivləşib", - deyə Razuvayev sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.