RUSİYA

Rusiya səfirliyindən rəsmi Parisə etiraz

Bundan əvvəl Omelçenko SCALP raketlərinin ilk partiyasının Paris tərəfindən Kiyevə təhvil verildiyini təsdiqləyərək, çatdırılmaların davam etdiriləcəyini qeyd edib.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Ukraynanın Parisdəki səfirinin Fransanın Kiyevə hərbi yardımının artırılması ilə bağlı bəyanatları Parisin münaqişədə iştirakını və onu gərginləşdirməsini təsdiqləyir. Bunu Rusiyanın Parisdəki səfirliyi bildirib.
"Ukraynanın Fransadakı səfiri Vadim Omelçenkonun Ukraynanın "Sol sahil" nəşrinə müsahibəsində Fransanın Kiyevə göstərdiyi hərbi yardım, eləcə də onu artırmaq planları ilə bağlı açıqlamaları açıq-aşkar bir faktın təsdiqidir: rəsmi açıqlamaların əksinə olaraq Fransa münaqişənin tərəfi deyil, Paris birbaşa olaraq münaqişədə iştirak edir və öz hərəkətləri ilə nizamlanmaya deyil, vəziyyətin gərginləşdirilməsinə töhfə verir", - səfirliyin yayılan bəyanatında deyilir.
Bundan əvvəl Omelçenko SCALP raketlərinin ilk partiyasının Paris tərəfindən Kiyevə təhvil verildiyini təsdiqləyərək, çatdırılmaların davam etdiriləcəyini qeyd edib. O, həmçinin bildirib ki, Kiyev Ukrayna qoşunlarına uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemləri ilə bağlı Parislə danışıqlar aparır.
"Fransa silahlarının rusiyalıları necə öldürdüyünü, dinc sakinləri öldürən zərbələr endirdiyini, mülki infrastrukturu məhv etdiyini görmək ağrılıdır. Kiyev rejiminin terror fəaliyyətlərində şərik olanlar öz məsuliyyətlərinin tam dərk etməlidirlər", - diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.
Səfirlik həmçinin qeyd edib ki, Fransa iqtisadiyyatının potensial və resurslarının Kiyev rejiminə hərbi dəstək məqsədilə cəmləşdirilməsi Fransa vətəndaşlarının maraqlarına cavab vermir.
Paris artıq Kiyevə bir sıra TRF1 155 mm yedəkli haubitsa və iki Crotale hava hücumundan müdafiə sistemi tədarük edib. Həmçinin bildirilib ki, Ukrayna artıq Fransadan 18 SEZAR artilleriya qurğusu alıb. Ukraynaya həmçinin Mistral MANPADS və Milan ATGM-ləri, 60-a yaxın zirehli transportyor və HDP-2A2 tank əleyhinə minaları göndərilib. Fransa silahla yanaşı, Ukraynaya uniforma, yanacaq, mərmi və patronlar, ilk tibbi yardım dəstləri və quru yeməklər, radiasiya, kimyəvi və bioloji qorunma vasitələri təmin edib.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Paris Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəstəkləmək üçün Ukraynaya 50 "Scalp" uzaqmənzilli raketlər verəcək. Makron iyun ayında Fransa-İtaliya istehsalı olan SAMP/T zenit-raket kompleksinin Ukraynaya göndərildiyini və istismara hazır olduğunu bildirmişdi.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə odla oynayır. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.