BAKI, 23 avqust - Sputnik. Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı nəlumata görə, telefon danışığı Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə baş tutub.
Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
22.08.23, 20:32
Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.