FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Cənubi Afrikada BRİKS sammitinin ilk günü necə keçib

Sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələlərinin müzakirəsi ilə başa çatıb.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Dünən Yohannesburqda BRİKS sammitinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) birinci günü başa çatıb.
Qeyd edək ki, bütövlükdə sammitdə 60-dan çox dövlətin nümayəndəsi iştirak edir.
Tədbir çərçivəsində dövlət başçılarının, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin iştirakçılar qarşısında çıxış etdiyi biznes forum keçirilib.
Belə ki, Rusiya lideri videokonfrans vasitəsilə çıxışında qeyd edib ki, hazırda 3 milyarddan çox insanın yaşadığı BRİKS ölkələrinin dünya ÜDM-də payı, demək olar ki, 26%-ə çatıb. Alıcılıq qabiliyyəti pariteti baxımından isə assosiasiya - 2023-cü ilin sonuna qədər 30%-ə qarşı 31,5% göstərici ilə G7-ni ötüb keçib.
Onun sözlərinə görə, BRİKS ölkələrinin iqtisadi əlaqələrinin de-dollarizasiyasının obyektiv və geridönməz prosesi getdikcə güclənir, assosiasiya ölkələri arasında hesablaşmalarda Amerika valyutasının payı azalır.
Bundan əlavə, sammitin birinci günü üzv ölkələrin liderlərinin qapalı formatda cari dünya siyasətinin ən mühüm məsələləri, habelə assosiasiyanın genişləndirilməsi məsələlərinin müzakirəsi ilə yekunlaşıb.
Avqustun 23-də səhər saatlarında keçiriləcək sammitin plenar iclasının gündəliyinə BRİKS-in genişləndirilməsi məsələsi daxildir.
Qeyd edək ki, sammit avqustun 24-dək davam edəcək. Beynəlxalq tədbirdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
1 / 12

Braziliya Prezidenti Lula da Silva, Çin Prezidenti Si Cinpin, Cənubi Afrika prezidenti Siril Ramafoza, Hindistanın baş naziri Narendra Modi və Rusiya xarici işlər naziri Sergey Lavrov (soldan sağa) BRİKS nümayəndə heyətinin başçılığı ilə Yohannesburqda foto çəkiliş mərasimində iştirak edirlər.

2 / 12

Pretoriyada Çin Prezidenti Si Cinpin və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza arasında görüş.

3 / 12

Cənubi Afrikada 15-ci BRİKS sammitinin bannerləri.

4 / 12

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Cənubi Afrikada keçirilən BRİKS sammitinin biznes- forumun iştirakçılarına müraciətinin yayımı.

5 / 12

Biznes forum iştirakçısı Yohannesburqda BRİKS ölkələrinin bayraqları yanında şəkil çəkdirib.

6 / 12

Cənubi Afrikada BRİKS sammitində media mərkəzində jurnalistlər.

7 / 12

Çin Prezidenti Si Cinpin Cənubi Afrika Respublikasının Pretoriya ordeni ilə təltif edilib.

8 / 12

Cənubi Afrikada BRİKS Xarici İşlər Nazirləri Şurasının iclası.

9 / 12

BRİKS-in 15-ci Sammitinin keçiriləcəyi Yohannesburqdakı "Sandton Convention Centre"də qarşılama installyasiyası.

10 / 12

Braziliya Prezidenti Lula da Silva və Cənubi Afrika Prezidenti Siril Ramafoza Cənubi Afrikada BRİKS sammitində.

11 / 12

Pretoriyada keçirilən BRİKS sammitində fəxri qarovul dəstəsinin üzvü.

12 / 12

Cənubi Afrikada BRİKS sammiti.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.