DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə 4.7 bal maqnitudalı zəlzələ baş verib

Zəlzələ yerli vaxtla 13:17-də, 7 km dərinlikdə qeydə alınıb.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Türkiyənin Kayseri şəhərində 4.7 maqnitudalı zəlzələ olub.
Bununla bağlı, AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb. AFAD-ın məlumatında qeyd olunub ki, zəlzələ yerli vaxtla 13:17-də, 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, fevralın 5-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində 7,4 bal gücündə zəlzələ 7 km dərinlikdə baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Urfada hiss olunub. Dağıntı eyni anda bir neçə vilayətdə - Adana, Qaziantep, Diyarbəkir, Kahramanmaraş, Malatya, Şanlıurfada qeydə alınıb.
Cari ilin fevralında baş verən dağıdıcı zəlzələ zamanı 50 mindən artıq şəxs dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.