BAKI, 22 avqust — Sputnik. Qara Dəniz Donanmasının Su-30SM qırıcısı Qara dənizdə Rusiya qaz hasilatı obyektlərinin yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus kəşfiyyat katerini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalı xəbər verib.
"Bu gecə Qara Dəniz Donanmasının Dəniz Aviasiyasının Su-30SM təyyarəsinin ekipajı Qara dənizdə Rusiyanın qaz hasilat müəssisələrinin ərazisində Ukrayna silahlı qüvvələrinin kəşfiyyat katerini məhv edib", - deyə məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələri vaxtaşırı Krımdakı obyektlərə, o cümlədən Krım körpüsünə dəniz dronları ilə hücum etməyə çalışır. Rusiya ordusunun bölmələri pilotsuz aparatların əksəriyyətini məhv edir.
Ötən həftə Qara Dəniz Donanmasının "Pıtlivıy" və "Vasili Bıkov" gəmiləri Sevastopoldan 237 kilometr cənub-qərbdə onlara hücum etməyə cəhd edən Ukraynaya məxsus pilotsuz kateri aşkar edərək məhv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.