BAKI, 22 avqust — Sputnik. "F-16" qırıcılarının Danimarka tərəfindən Ukraynaya təhvil verilməsi münaqişənin kəskinləşməsinə gətirib çıxarır.
Bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib. Onun sözlərini Rusiya Xarici İşlər Nazirliyinin "Telegram" kanalı nümunə gətirib.
Barbin iddia edib ki, bu cür mövqe Ukraynanı uçuruma itələyir və onun əhalisini yeni qurbanlara məhkum edir. Ümumilikdə, əvvəllər xəbər verildiyi kimi, Ukraynaya 19 qırıcı təyyarə göndəriləcək.
"Ukraynanın sülh şərtlərini özü müəyyən etməli olduğu tezisinin arxasında gizlənən Danimarka öz əməlləri və sözləri ilə Ukraynaya Rusiya ilə hərbi qarşıdurmanı davam etdirməkdən başqa yol qoymamağa çalışır", - deyə Rusiya səfiri bildirib.
Barbin həmçinin qeyd edib ki, Rusiyanın öz milli təhlükəsizliyini qorumaqla bağlı bütün məqsədlərinə nail olunacaq.
Danimarka Müdafiə Nazirliyinin rəhbəri Yakob Elleman-Yensenin sözlərinə görə, F-16 qırıcılarından Ukrayna yalnız öz ərazisində istifadə edə biləcək. Bu, Kopenhagenin Kiyevə silah ötürməyə hazır olduğu müqavilədə əsasən vacib şərt idi. Danimarka Müdafiə Nazirliyinin rəhbəri onu da qeyd edib ki, bu qayda digər silah növlərinə də aiddir.