BAKI, 22 avqust — Sputnik. Rusiya paytaxtında yeraltı kollektorda ölən 8 nəfərin meyiti Moskva çayından çıxarılıb. Bu barədə APA Rusiya FHN-ə mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, kollektorda ekskursiyada cəmi 8 nəfər iştirak edib, hamısının meyiti tapıldığı üçün axtarış işləri yekunlaşdırılıb.
Qeyd olunur ki, Moskvada "Neqlinka" yeraltı kollektorlarına qanunsuz tur təşkil edən "Sputnik" turizm şirkətinin rəhbəri Aleksandr Kim Sankt-Peterburqda saxlanılıb.
Moskva şəhərinin altındakı su-kanal sistemində ekskursiya zamanı 8 nəfər itkin düşüb. Ehtimal olunurdu ki, onları Moskvada güclü leysan zamanı su axını aparıb, çünki leysandan sonra qrupla əlaqə kəsilib və itkin düşənlərin yaxınları polisə müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.